Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teıeqraf.com xəbər verir ki, Laçın rayon sakini Arzuman Quliyevin idarə etdiyi “VAZ-21074” və Xırdapay kənd sakini X.Cavadovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə A.Quliyev və sərnişini olan atası İlqar hadisə yerində ölüblər.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır.