Serbiyanın baş nazirinin müavini, xarici işlər naziri İvista Daçiç sentyabrın 9-10-da Azərbaycanda rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində İ.Daçiçin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra, sentyabrın 10-da xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Səxavət