BAKI, 9 avqust. TELEQRAF
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə görüş və mətbuat konfransı yekunlaşan zaman diqqətçəkən hadisə yaşanıb.
Teleqraf xəbər verir ki, Azərbaycan lideri Ağ Evdə tarixi üçtərəfli Birgə Bəyannaməni imzaladığı qələmi yadigar olaraq özü ilə götürüb.
Lakin N.Paşinyan qələmi unudub.
Bu, Prezident İlham Əliyevin diqqətindən yayınmayıb. Dövlət başçısı masanın üzərindəki qələmi göstərərək N.Paşinyana deyib: "Nikol Vovaeviç, qələmi götürün, yadigar qalsın".
Ermənistanın Baş naziri Prezident İlham Əliyevə təşəkkür edərək qələmi götürüb.
Həmin görüntüləri təqdim edirik: