BAKI, 5 may. TELEQRAF

"Milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılmış əlverişli biznes mühiti, cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır".

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ölkə ərazisində yaradılan xüsusi iqtisadi zonalarda müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş əczaçılıq müəssisələri qurulur, xarici tərəfdaşlarla birgə əczaçılıq müəssisələrinin təsis edilməsinə dair əməkdaşlıq müqavilələri imzalanır.