BAKI, 27 fevral. TELEQRAF

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani PKK terror təşkilatının lideri Abdullah Öcalanın tarixi çağırışına münasibət bildirib.

Teleqraf Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Bərzani bu çağırışı müsbət qarşılayıb.

O, həmçinin PKK terror təşkilatından çağırışa əməl etməsini istəyib.

Neçirvan Bərzani bildirib ki, çağırışın icrası naminə əməkdaşlığa hazırdırlar.

Qeyd edək ki, daha əvvəl Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa çağırıb.