Ermənistan və Azərbaycan 1991-ci ildə, SSRİ-nin dağıldığı dövrdə iki ölkə arasında mövcud olan sərhəd və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsində razılaşmaya yaxındır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, bu məsələdə iki ölkənin mövqeləri, məsələn, bir ay əvvəlkindən daha yaxındır.

“Mənə elə gəlir ki, bu məsələdə qarşılıqlı razılaşma əldə etməyə çox yaxınıq”, - nazir bildirib.