Sülh müqaviləsinin bəzi maddələri üzrə irəliləyişə nail ola bilmişik, amma fundamental məsələlərlə bağlı hələ də nəzərəçarpacaq nəticələr yoxdur, danışıqlar davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bundan əlavə, bizim qeyri-rəsmi təmaslarımız olub, məsələn, Tehranda 3+3 formatında, əslində 3+2 formatında nazirlərin görüşü çərçivəsində. Bir müddət xarici işlər nazirlərinin görüşləri dayanmışdı. Amma bu ilin əvvəlində xarici işlər nazirləri səviyyəsində görüşlər Münxen, ardınca Berlində bərpa olunub”, - nazir bildirib.