Ermənistan Baş naziri Nikol Paşinyan revanşist və radikal müxaliflərə sülh müqaviləsinin mətni ilə tanış olmalarını qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qeqam Manukyan məlumat verib.

“Nikol Paşinyan fevralın 7-də müxalif deputatların Azərbaycanla müzakirə olunan sazişin bəndləri ilə tanış olmalarına bir də imkan verməyəcəyini açıqlamışdı. (Bakıdan verilən) Növbəti təkliflərlə tanış olmaq üçün fevralın 23-də Xarici İşlər Nazirliyinə müraciət etmişdik. Bu gün nazirlikdən rəsmi məktub almışıq.

Məktubda bunlar yazılıb:

“Danışıqlar prosesini pozmamaq, prosesə dolayı yolla mənfi təsirlər, o cümlədən sənədin özbaşına, yanlış ictimai şərhləri istisna etmək nəzərə alınaraq, hazırda tələb olunan məlumatın verilməsini məqsədəuyğun hesab etmirik”, - deputat bildirib.