Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin Qafqaz üzrə baş müşaviri Luis Bononu qəbul edib.
Teleqraf.com xəbər verir ki, diplomatlar Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, o cümlədən sülh müqaviləsi üzrə müzakirələrə istinad olunub.
Mirzoyan Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin hüquqi əsaslara malik xəritələrlə müəyyən edilməsindən danışıb.
Regional nəqliyyat dəhlizlərinin açılması kontekstində erməni nazir məsələnin suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik əsasında həllinin tərəfdarı olduqlarını deyib.