Ermənistan Azərbaycanın tələb etdiyi kəndləri təhvil verməsə, toqquşma olacaq.
Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Artur Xaçaturyan deyib.
“Azərbaycanın anklavları məsələsi 2021-ci ildən müzakirə olunurdu. İndi açıq şəkildə bildirilir ki, təhvil verəcəyik, bunu edəcəyik. Azərbaycan da tələb edir. Paşinyanın dünənki açıqlamasından 2-3 gün əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin ofisi açıqlama verdi ki, çox uzatmadan Ermənistan dərhal həmin əraziləri boşaltmalıdır. Xarici işlər nazirinin müavini Vahan Kostanyan da açıq şəkildə söylədi ki, bizim 4 kəndlə bağlı problemimiz yoxdur, qalan kəndlərin məsələsi delimitasiya prosesində həll olunacaq”, - deputat vurğulayıb.
Xaçaturyan hesab edir ki, İrəvan Bakının qəbul etdiyi tələblərini yerinə yetirməsə, növbəti toqquşma ola bilər.