ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinn “Azərbaycanla sülh təşəbbüslərindən çıxış edən” erməni qadınları ilə dəyirmi masa keçirib.
Teleqraf.com xəbər verir ki, səfir müzakirələr zamanı onların sülh dialoquna yönəlmiş işləri, münaqişələrin qarşısının alınması üzrə təlimlər və digər fəaliyyətləri ilə tanış olub.
Kuinn bildirib ki, Birləşmiş Ştatlar vətəndaş cəmiyyətinin sülhyaratma səylərini dəstəkləyir və münaqişələrin qarşısının alınmasının bütün səviyyələrində qadınların faydalı iştirakını qiymətləndirir.