Keçmiş separatçı rejimin başçısı Araik Arutyunyanın Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsi separatçıları təşvişə salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Bakıda həbsdə olan Araik Arutyunyanın Azərbaycan KİV-nə müsahibəsi siyasi dairələrdə (separatçılar arasında – red.) ciddi narahatlığa səbəb olub”, - nəşr yazır.

Mənbənin fikrincə, müshibə və Araikin oradakı etirafları ağır nəticələrə səbəb ola bilər. “Hraparak” bu kontekstdə qeyd edir ki, Arutyunyanın deyəcəkləri, yaxud artıq dedikləri Ermənistanın işğalçı statusunu daha da gücləndirəcək.

Müsahibənin anonsu bir neçə gün əvvəl verilib, martın 28-də nümayiş olunacağı gözlənilir.