İrəvan Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında dialoqu, iki ölkənin xüsusi nümayəndələrinin daimi təmasda olmasını alqışlayır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Qəribədir ki, ümumi sərhədi olan iki ölkə bir-biri ilə əlaqə saxlamır. Şadam ki, bu gün Ermənistan və Türkiyənin xüsusi nümayəndələri daimi təmasdadırlar. İki ölkənin Xarici İşlər Nazirliklərinin rəhbərləri arasında dialoq var. Ünsiyyətdə isə tez-tez başa düşürük ki, bəzi situasiyalarda Türkiyə tərəfinin dediklərini düzgün dərk etmirik. Bu anlaşmazlıqda neqativ enerji yaranır", - Paşinyan bildirib.