Komissiya uzun müddət konstitusiya konsepsiyası üzərində işləyib və hazır edib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Konstitusiya konsepsiyası ilə tanış oldum və nəticədə belə qənaətə gəldim ki, Ermənistan Respublikasının yeni konstitusiyaya ehtiyacı var. 2020-ci ilin fevralında konstitusiya referendumu keçirilməli idi, amma koronavirus epidemiyası səbəbindən təxirə salınmışdı. Lakin konstitusiyaya dəyişikliklərin mövcud konsepsiyası hazırda aktuallığını itirib. Hazırkı məqamda konstitusiyanın yeni konsepsiyası, mətni yoxdur. Sadəcə bu mövzu və təklif etdiyim siyasi gündəmlə bağlı söhbətlər var", - Paşinyan bildirib.