Tavuş vilayətinin kəndlərinin verilməsindən heç vaxt söhbət olmayıb, ola da bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Jurnalist Qazaxın 4 kəndini “Tavuş ərazisi” adlandırıb və bu ərazilərin təhvil verilib-verilməyəcəyi ilə bağlı baş nazirdən soruşub.
Paşinyanın təxribatçı və separatçı suala cavabı da elə o səpkidə olub:
“Tavuş vilayətinin hansısa kəndinin verilməsindən heç vaxt söhbət olmayıb, ola da bilməz. Azərbaycan mətbuatında kəndlərin adları çəkilir, Ermənistan ərazisində nəinki sovet dövründə, ondan sonra da bu adlarda kəndlər olmayıb”, - baş nazir bildirib.
Paşinyan qeyd edib ki, Almatı bəyannaməsi sərhədlərin və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas olmalıdır. Həmçinin qeyd edib ki, sərhədin hansısa formatda təkrar müəyyənləşdirilməsi üzərində iş aparılmalıdır.
Söhbət Tavuşun yox, Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından gedir.