KTMT öz məsuliyyəti çərçivəsindən kənarda sülhməramlı təşəbbüslərdə iştirakını genişləndirməyi hədəfləyir.

Teleqraf.com xəbər verir ki, bunu sözügedən qurumun baş katibi İmanqalı Tasmaqambetov deyib.

“Təşkilat ənənəvi olaraq sülhməramlılığa xüsusi diqqət yetirir. Xatırladaq ki, KTMT-nin sülhməramlı qüvvələri 2022-ci ilin yanvarında (Qazaxıstanda) özünü uğurla göstərdi. Bununla belə, KTMT təşkilatın məsuliyyəti çərçivəsindən kənarda sülhməramlı təşəbbüslərdə iştirakını genişləndirməyi hədəfləyir”, - baş katib bildirib.

Tasmaqambetov vurğulayıb ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmədən sülhməramlı fəaliyyətin genişləndirilməsi mümkün deyil:

“Hazırda KTMT-nin kollektiv sülhməramlı potensialının BMT-nin sülhməramlı fəaliyyətinə inteqrasiyası üçün inzibati, hüquqi və təşkilati şərait fəal şəkildə formalaşdırılır. Hazırda Qazaxıstan Qərbi Saxara, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Livanda BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edir. Qarşılıqlı fəaliyyət formatlarını genişləndirməyi planlaşdırırıq”.