Ermənistan Azərbaycanın icazəsi olmadan Qafan hava limanından istifadə edə bilmir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
“Qafan aeroportundan 20 metr aralıda Azərbaycanın mövqeləri yerləşir.
Söhbət ondan gedir ki, bundan əvvəl Azərbaycandan bir-iki təyyarənin Qafan hava limanına enməsinə icazə istəyiblər. Artıq Qafan hava limanına enmək mümkün deyil, çünki delimitasiya sənədinə imza atılıb. 2020-ci il dekabrın 18-də Azərbaycanla imzalanmış həmin anlaşmaya görə, mahiyyət etibarilə Qafan şəhəri yoxdur”, - sabiq baş nazir bildirib.
Baqratyan Qafan şəhərinin tamamilə Azərbaycanın vizual nəzarətində olduğunu vurğulayıb.