Ermənistan Azərbaycanla sülh gündəliyinə sadiqdir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın spikeri Alen Simonyan deyib.

Spiker nəqliyyat dəhlizləri ilə bağlı da danışıb.

“Regional kommunikasiyalar suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında fəaliyyət göstərməlidir”, - Simonyan qeyd edib.

Sərhədin delimitasiya və demarkasiyasına gəlincə, onun sözlərinə görə, proses Almatı bəyannaməsi əsasında aparılır.