Avropa Birliyinin (AB) Ermənistanla birgə hərbi təlimlər keçirmək planı yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu AB-nin sözçüsü Peter Stano deyib.
“Ermənistanla birgə təlim keçirmək planı yoxdur, çünki AB hərbi ittifaq deyil, siyasi-iqtisadi dəyərlərə əsaslanan strukturdur. Avropa Birliyi də üzv dövlətlərin ərazisində erməni hərbçilərinə təlim keçməyi planlaşdırmır”, - AB rəsmisi vurğulayıb.
Avropa Sülh Fondu vasitəsilə Ermənistan ordusuna qeyri-hərbi dəstəyin göstərilməsinin mümkünlüyünə toxunan Stano bununla bağlı hələlik konkret qərarın verilmədiyini bildirib.
AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel bundan əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə İrəvanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıqdan danışmışdı. Onun sözlərinə görə, AB Sülh Fondu vasitəsilə Ermənistana hərbi dəstəyin verilməsini araşdırır.