Ukraynadan sonra Qərbin qurbanı Ermənistan ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu gün Qərb şəbəkələrinin aldatdığı Kiyev rejimi və Ukraynadan çox danışdıq. Ümid edək ki, bu, Ermənistanla bir daha təkrarlanmayacaq”, - Rusiya rəsmisi bildirib.
Zaxarovanın sözlərinə görə, Ermənistan Qərb siyasətçilərinin əlində qəpik-quruşa çevrilməməlidir:
“Həm Rusiya, həm də Azərbaycan Ermənistanda sülhün olmasını ürəkdən arzulayır. Qonşumuz və dostumuzdur, bu ölkəyə sülh və firavanlıq arzulayırıq. Təəssüflər olsun ki, Ukrayna ilə oynayan, aldadıb atan Qərb özünə yeni qurban axtarır və həmin qurban regionda aldadılan Ermənistana ola bilər. Prinsipcə, bəzi erməni siyasətçiləri Avropa Birliyinin Ermənistana gözlənilməz diqqətini xilas vasitəsi kimi qəbul edirlər, amma daha dərinə baxmaq lazımdır. Çoxları düşünmür ki, Ermənistan Qərb geosiyasətinin oyuncağına çevrilir, sonra da taleyin istehzasına buraxılır. Birbaşa Amerikanın sifarişi ilə Ermənistanı regiona giriş nöqtəsi hesab edirlər”.