Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli və regional gündəliyin aktual məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan nizamlanması prosesini, həmçinin ümumi inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığı müzakirə ediblər”, - açıqlamada deyilir.
Ermənistan Xarici İşlər Nazirliyi telefon danışığının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirib.