Cənubi Qafqazda Azərbaycana qarşı Fransa-İran tandemi formalaşıb.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bildirib ki, ölkəsinin İranla bir çox məsələdə fikir ayrılığı olsa da, Paris və Tehran Ermənistanla bağlı eyni mövqedədir. Bu, olanın elanıdır. Dekotini bir müddət əvvəl İranın Ermənistandakı səfiri ilə görüşüb müzakirə aparmışdı.
“Son bir neçə ildə Ermənistanın qonşusu İran da dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını bildirib”, deyən fransalı diplomat faktiki bununla Cənubi Qafqazda Azərbaycana qarşı Paris-Tehran tandeminin formalaşdırdığını vurğulayıb.
Tehranın Fransa səfirinin açıqlamasına reaksiyası maraqlıdır. Belə çıxır ki, beynəlxalq məsələlərdə Fransa ilə ixtilaf içində olan Tehran Azərbaycan məsələsində Parislə “eyni dəyər”i bölüşür. Elə buna görə İran Fransa jandarmlarının Qərbi Zəngəzurda yerləşməsinə etiraz etmir”, - ekspert vurğulayıb.