Bu il fevralın 28-də azaraq Ermənistana keçən və martın 5-də Vətənə qaytarılan Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm. Cənab Prezidentə təşəkkür edirəm, bilirdim ki, məni əsirlikdən xilas edəcək".