Müharibəyə qədər bizi inandırdılar ki, “Cənubi Qafqazın ən güclüsü” Ermənistan ordusudur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş prokurorun keçmiş müavini Qaqik Canqiryan deyib.
“Ötən otuz ildə bizə elə gəldi ki, həmişə bizi kimsə qoruyacaq, Azərbaycan bizə müharibə elan etməyəcək. Amma bütün bunların yalan olduğu üzə çıxdı. Məğlubiyyət təkcə silahlarla bağlı deyil, taktikamız köhnə idi, sovet, rus ordusunun taktikasıydı. Həmin taktika ilə Rusiya ordusu Ukraynada məğlub olur”, - keçmiş müavin bildirib.
Canqiryan Azərbaycan ordusunun 44 günlük müharibədə götürdüyü qənimətlərdən də danışıb:
“Bura əsasən tanklar, artilleriya sistemləri daxildir. Azərbaycan qalib gəldi və bunları götürdü”.
Canqiryan işğal dövründə Azərbaycanın müasir və güclü ordu qurduğunu da etiraf edib.