Siyasi qərar yekunlaşarsa, Yerasx-Ordubad-Mehri-Horadiz (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında – red.) dəmir yolunda olan çatışmazlıqların aradan qaldırılması prosesinə start veriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“Səhv xatırlamıramsa, Mehridə 1 kilometrə yaxın Yerasx və bütün hissədə tikinti işlərinin aparılmasına ehtiyac var. Müəyyən hesablamalar aparmışıq, 2021-ci ildə Memarlıq və İnşaat Universitetinə tapşırıq vermişdik ki, daha müfəssəl iş görsün, qrup yaxşı iş gördü. Bəli, siyasi qərarlar yekunlaşarsa, o zaman infrastrukturda mövcud çatışmazlıqların aradan qaldırılması prosesi başlayacaq”, - nazir bildirib.