Rusiyaya Cənubi Qafqazda Ermənistan yox, bütöv bölgə lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Sank-Peterburqda Putinlə Paşinyanın ayrıca görüşü olmadı. Amma Paşinyan Əliyevlə (Prezident İlham Əliyev – red.) ikitərəfli formada ünsiyyət qura bildi. Bəllidir ki, sülh gündəliyi ilə bağlı məsələlər müzakirə olunub.
Aylarla davam edən boykotdan sonra Paşinyan Rusiyaya getdi, bəs niyə Putinlə ayrıca görüş olmadı?
Demirəm, hər kəs ayrı-ayrılıqda Putinlə görüşməlidir, bunda xüsusi bir şey yoxdur. Ola bilsin, Rusiyanın əsas məqsədi Azərbaycan və ya Ermənistan liderləri ilə təkbətək görüşmək yox, paket məsələsini həll etmək olub. Bir çox hallarda biz öz rolumuzu ya az, ya da çox şişirdirik. Rusiyaya bizim regionda Ermənistan yox, bütöv bölgə lazımdır”, - ekspert bildirib.