Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, məlumatı “Hurriyet” nəşri yayıb.
Qeyd olunub ki, baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.
***
00:39
Türkiyədə baş verən yeni zəlzələlər nəticəsində üç nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 213 nəfər yaralanıb: “Hazırda axtarış-xilasetmə qruplarımız tam sürətlə digər xəbərlərə getməyə çalışırlar. Bu gün axşam saatlarında riskli binalara girməmək barədə xəbərdarlıq etmişik. Bu son dərəcə risklidir. Zəlzələlər davam edir. Heç bir qiymətləndirmə olmadan həmin binalara girmək fəlakətlərə səbəb ola bilər”.