Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Teleqraf.com-un xəbərinə görə, bu vəzifəyə tanınmış telejurnalist Pərviz Abubəkirov təyin edilib.

Pərviz Abubəkirov faktı təsdiqləyib.

Qeyd edək ki, P. Abubəkirov ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.