BAKI, 23 may. TELEQRAF

Hindistanın Baş naziri Narendra Modi ölkədə dördgünlük səfərdə olan ABŞ-nin dövlət katibi Marko Rubio ilə iki ölkə arasında əlaqələrin inkişafını və dünyada baş verən hadisələri müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan hökumətinin başçısı Nyu-Delidə baş tutan görüşdən sonra "X" sosial şəbəkəsindəki hesabında yazıb:

"Biz Hindistan-ABŞ hərtərəfli strateji tərəfdaşlığının davamlı tərəqqisini, eləcə də regional və qlobal sülh və təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Hindistan və ABŞ bütün dünyanın rifahı naminə sıx əməkdaşlığı davam etdirəcəklər".