BAKI, 25 avqust. TELEQRAF
"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Masazır təmsilçisi pley-off mərhələsinin cavab qarşılaşmasında İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşıb.
Əsas vaxtda 3:2 qələbə qazanan "bayquşlar" matçı əlavə vaxta daşıyıblar.
Əlavə vaxtda daha 2 qol vuran "Sabah" hesabı 5:2 edib.
Beləliklə, iki oyunun nəticəsinə görə İsrail klubunu 6:4 məğlub edən Masazır təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinə adlayıb.
***
23:16
"Sabah" "Hapoel"lə matçda 5-ci qolunu vurdu.
Teleqraf xəbər verir ki, matçın 115-ci dəqiqəsində Coy Lens Mikels fərqlənib - 5:2.
***
22:59
"Sabah" "Hapoel"lə matçda 4-cü qolunu vurdu.
Teleqraf xəbər verir ki, matçın 101-ci dəqiqəsində Orfe Embina fərqlənib - 4:2.
***
22:41
"Sabah" hesabda önə keçdi.
Teleqraf xəbər verir ki, təmsilçimiz son dəqiqə qolu ilə "Hapoel"i məğlub edib - 3:2.
İki oyunun nəticəsinə görə, hesab bərabərləşib - 4:4.
Ümumi hesabda qalibi müəyyənləşdirmək üçün qarşılaşmada əlavə vaxt oynanılır.
***
22:21
"Sabah" "Hapoel"lə oyunda hesabı yenidən bərabərləşdirdi.
Teleqraf xəbər verir ki, 76-cı dəqiqədə Umarali Rahmanaliyev fərqlənib.
***
22:08
"Hapoel" "Sabah"la oyunda yenidən hesabda önə keçib.
Teleqraf xəbər verir ki, qonaqların qolunu 61-ci dəqiqədə Guy Qizrahi vurub.
***
21:51
"Sabah" - "Hapoel" matçında ikinci hissə başladı.
***
"Sabah" - "Hapoel" matçında ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, birinci yarıda tərəflər hərəyə bir qol vurublar - 1:1.
***
21:23
"Sabah" "Hapoel"lə oyunda hesabı bərabərləşdirdi.
Teleqraf xəbər verir ki, 38-ci dəqiqədə Kristian Nvaçuvku fərqlənib.
***
20:55
"Sabah" - "Hapoel" (İsrail) matçında hesab açılıb.
Teleqraf xəbər verir ki, qonaqlar 10-cu dəqiqədə fərqləniblər.
Qolun müəllifi İqor Zlatanoviç olub.
***
20:45
Bu gün UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off turunun cavab qarşılaşmalarına start verilib.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" İsrail klublarından "Hapoel"i (Beer-Şeva) qəbul edir.
Saat 20:45-də start götürən qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
Görüşü rumıniyalı baş hakim İştvan Kovaç idarə edir.
Qeyd edək ki, tərəflər arasında ilk görüş 2:1 İsrail təmsilçisinin xeyrinə başa çatıb.