BAKI, 18 mart. TELEQRAF
AFFA İntizam Komitəsi U-13 Liqasında qayda pozuntusuna yol verən "Çinar" klubunu cəzalandırıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi əsasnamənin tələblərini pozaraq transfer pəncərəsinin qeyri-aktiv dövründə qeydiyyatdan keçirilmiş 4 futbolçunu heyətə daxil edib.
Sözügedən oyunçular martın 7-də "Yasamal" FM (Şəmkir) və martın 14-də "Qoşqar" (Gəncə) komandalarına qarşı matçlarda meydana çıxıblar. Bu səbəbdən hər iki qarşılaşmanın nəticəsi ləğv edilib və "Çinar" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.