BAKI, 7 mart. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
Teleqraf xəbər verir ki, turun açılış matçında “Karvan-Yevlax” “Sumqayıt”ı qəbul edəcək.
Yevlax şəhər stadionunda baş tutacaq görüşü baş hakim Əli Əliyev idarə edəcək. Hazırda Saşa İliçin komandası 31 xalla turnir cədvəlinin 6-cı, Fizuli Məmmədovun kollektivi isə 7 xalla sonuncu pilləsində yer alır.
Azərbaycan Premyer Liqası
XXIII tur
7 mart (şənbə)
15:00. “Karvan-Yevlax” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq.