BAKI, 26 fevral. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXI turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, turun iki qarşılaşmasında baş verən qayda pozuntularına görə klublar cərimələnib.

“İmişli” - “Şamaxı” matçında qonaq komandanın 4 futbolçusunun sarı vərəqə alması səbəbindən “Şamaxı” klubu 700 manat cərimə olunub.

“Sabah” - “Kəpəz” oyununun son dəqiqələrində (90+8-ci dəqiqə) isə ciddi qayda pozuntusuna yol verən Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən o, iki oyunluq diskvalifikasiya edilib, “Kəpəz” klubu isə 1000 manat məbləğində cərimə olunub.