BAKI, 14 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XX turunun növbəti oyununda “Zirə” və “Karvan-Yevlax” komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş “qartallar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 20-ci dəqiqədə Davit Volkov vurub.
Bununla da “Zirə” xallarının sayını 35-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. Sonuncu olan “Karvan-Yevlax”ın 6 xalı var.
Qeyd edək ki, turun digər oyunları 15-16 fevralda keçiriləcək.