BAKI, 14 fevral. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə son çempion “Qarabağ” debütant “İmişli”nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil ediləcək matçın start fiti saat 14:30-da səslənəcək.

Günün digər görüşü isə “Zirə” və “Karvan-Yevlax” arasında gerçəkləşəcək.

Saat 17:00-da start götürəcək oyun Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Qeyd edək ki, turun digər oyunları 15-16 fevralda keçiriləcək.

Azərbaycan Premyer Liqası

XX tur

14 fevral

14:30. “İmişli” – “Qarabağ”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov

VAR: Əliyar Ağayev

AVAR: Vüqar Həsənli

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Quba OİK stadionu

17:00. “Zirə” – “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Zirə İdman Kompleksinin stadionu.