BAKI, 11 fevral. TELEQRAF

Xəbər verdiyimiz kimi, "Neftçi-2" klubu Əvəzedicilər Liqasının XV turunda baş tutan "Qarabağ-2" ilə oyunda rəqibin azarkeşlərini stadiona buraxmayıb.

Teleqraf-ın məlumatına görə, "flaqman" bu səbəbdən AFFA İntizam Komitəsi tərəfindən 200 manat məbləğində cərimələnib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, qarşılaşma "Neftçi-2" komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.