ŞAMAXI, 10 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIX turunun növbəti oyunu “Şamaxı” və “Qarabağ” komandaları arasında keçirilib.
Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə “köhlən atlar” 2:1 hesabı ilə qalib gəlib.
Görüşdə hesabı 14-cu dəqiqədə Oruc Məmmədov açıb. 4 dəqiqə sonra isə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Coni Montiel cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib.
90+4-cü dəqiqədə isə Kamilo Duran komandasının qələbə qolunun müəllifi olub.
Bununla da ikinci sırada olan “Qarabağ” xallarının 42-yə çatdırıb. “Şamaxı” 23 xalla səkkizincidir.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Neftçi” - “Qəbələ” oyunu ilə yekun vurulacaq.
***
15:01
Qarşılaşma saat 14:53-də start götürdü.
***
14:17
Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.