BAKI, 22 yanvar. TELEQRAF
Vətən müharibəsi... 9 noyabr... Sonuncu gün...
Azərbaycan ordusu düşmənin Xocavənd istiqamətində yerləşdirdiyi “Tor” Zenit Raket Kompleksini məhv edir. Həmin əməliyyatda “Bayraktar” hədəfi görür, “Harop” isə dəqiq nişan alır.
Gecə “Qarabağ” - “Ayntraxt” matçının 90+2-ci dəqiqəsində Qurban Qurbanovun əliylə Bikayloya mövqe seçimi ilə bağlı işarə etməsi, epizodun davamında isə qələbə qolunun vurulması mənə o dejavünü yaşatdı.
Yadıma gəlir ki, 2020-ci ildə döyüş zamanı “Tor”un məhv edilməsini “Bayraktar” gördü, “Harop” vurdu” başlığı ilə vermişdik... Qurban Qurbanov da gecə “Bayraktar” kimi boşluğu gördü, davamında isə rəqibin toru silkələndi...
Bu işarəni verən Azərbaycanın yerli “Bayraktar”ı və Bayraqdarı idi!..
O gün kimsə sosial şəbəkədə vəfat edən yaxınının məzar daşına yazmaq üçün cümlə axtarırdı. Həmin gün kömək etmək üçün nə qədər fikirləşdim, bir söz tapa bilmədim.
Gecəki oyundan sonra tapmışam:
Marko Yankoviç, haydi, Yankoviç, ötürmə qapı qarşısına Yankoviçdən, yaxşı alınmadı bu ötürmə... Top “Qarabağ” futbolçularında... Pedro Bikaylo baxır qapıya, ötürməsini etdi ən sağa, Matios Silva... Qapı qarşısına zərbə və qoooooool!
Məncə, bundan gözəl cümlə yoxdur...