BAKI, 26 dekabr. TELEQRAF
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən "Karvan-Yevlax" - "Neftçi" (1:2) oyununda baş verənlərlə bağlı qərar qəbul edib.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, meydan sahibi komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat, meydançaya kənar şəxslərin daxil olduğuna görə və bu halın cari mövsümdə ikinci dəfə təkrarlandığına görə isə 5000 manat cərimələnib.
Paytaxt təmsilçisi isə matçın 90+8-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə və bu hal cari mövsümdə dördüncü ddəfə təkrarlandığına görə 4000 manat ziyana düşüb.
"Neftçi" həmçinin azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərəri qarşılamalı olacaq.