BAKI, 7 sentyabr. TELEQRAF

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Teleqraf xəbər verir ki, yığmanın hücumçusu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.