BAKI, 5 sentyabr. TELEQRAF

Argentina milli komandasının ulduz futbolçusu Lionel Messi Cənubi Amerikanın Dünya Çempionatı seçmə oyunlarında yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, 38 yaşlı futbolçu buna sentyabrın 5-də Buenos-Ayresdəi Venezuelanı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.

Messi 72-ci dəfə iştirak etdiyi Dünya Çempionatı seçmə oyununda iki qol vuraraq. Bu göstərici ilə ulduz oyunçu ekvadorlu Ivan Hurtado ilə bərabərləşib.

Qeyd edək ki, "Top-3"ü paraqvaylı Paulo da Silva (66 oyun) tamamlayır.