BAKI, 3 sentyabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İtaliyanın "Napoli" klubu futbolçusu Romelu Lukaku bu mövsüm iştirak ərizəsinə daxil etməyib.

Teleqraf Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı hücumçunun zədələnməsidir.

Belçikalının adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib. Klub forvardın əvəzinə "Mançester Yunayted"dən aldığı Rasmus Heylunnu siyahıya daxil edib.

Qeyd edək ki, bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

"Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.