BAKI, 31 avqust. TELEQRAF

Türkiyə təmsilçisi “Fənərbağça”futbolçusu Aleksandr Ciku ilə bağlı Rusiya “Spartak”ının rəsmi təklifini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə türk jurnalisti Elis Buse Araç məlumat yayıb.

Transfer yalnız o halda baş tutacaq ki, “Spartak” 28 yaşlı mərkəz müdafiəçi ilə şəxsi müqavilə şərtlərində razılığa gəlsin. Hazırda maaşla bağlı danışıqlar davam edir.

Avqustun 8-də “Spartak”ın Cikuya görə 5 milyon avro təklif etdiyi bildirilmişdi.

Qeyd edək ki, 28 yaşlı futbolçu “Fənərbağça”nın heyətində 75 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun aktivində Qana millisində 33 oyun və 2 qol da var.