SUMQAYIT, 8 iyun. TELEQRAF
21 yaşadək Azərbaycan milli komandası yay təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.
Teleqraf xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Monteneqro yığması ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşdə qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, U-21 iyunun 4-də səfərdə Belarusa 1:3 hesabı ilə məğlub olub.