BAKI. 6 iyun. TELEQRAF

Bu gün 2026-cı il dünya çempionatının növbəti seçmə oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, 3 qrupda təşkil olunacaq 6 qarşılaşma arasında Norveç - İtaliya matçı xüsusilə seçilir.

Hazırda I qrupunda Norveç 2 oyundan 6 xalla liderdir. İtaliya isə bu qrupda ilk oyununa çıxacaq.

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, "Neftçi"dən isə Edviç Kuçun yer aldığı Monteneqro millisi isə Çexiyanın qonağı olacaq. Hazırda hər iki komanda 6 xalla L qrupunun şərikli liderləridir.

İlk matçını keçirəcək Belçika 4 xalla J qrupuna başçılıq edən Şimali Makedoniyanın qonağı olacaq.

6 iyun

I qrupu

22:45. Norveç - İtaliya
22:45. Estoniya - İsrail

Xal durumu: Norveç - 6 xal (2 oyuna), Estoniya - 3 (2), İsrail - 3 (2), İtaliya - 0 (0), Moldova - 0 (2)

J qrupu

22:45. Şimali Makedoniya - Belçika
22:45. Uels - Lixtenşteyn

Xal durumu: Şimali Makedoniya - 4 xal (2 oyuna), Uels - 4 (2), Qazaxıstan - 3 (2), Belçika - 0 (0), Lixtenşteyn - 0 (2)

L qrupu

22:45. Çexiya - Monteneqro
22:45. Cəbəllütariq - Xorvatiya

Xal durumu: Çexiya - 6 xal (2 oyuna), Monteneqro - 6 (2), Xorvatiya - 0 (0), Farer adaları - 0 (2), Cəbəllütariq - 0 (2).