BAKI, 24 may. TELEQRAF

İtaliya A Seriyasında 2024/25 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

Teleqraf liqanın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Napoli"nin baş məşqçisi Antonio Konte layiq görülüb.

56 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv mayın 23-də İtaliya A Seriyasının sonuncu - 38-ci turunda “Kalyari”ni 2:0 hesabı ilə məğlub edərək çempion olub.

Qeyd edək ki, Antonio Konte cari mövsümün əvvəlindən “Napoli”dədir.