BAKI, 20 aprel. TELEQRAF

İtaliyanın "Napoli" klubunun baş məşqçisi Antonio Konte komandadan ayrıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə 56 yaşlı mütəxəssis A Seriyasının XXXIII turunda səfərdə "Montsa"nı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

O, komandasının gücləndirilməsinə ehtiyac duyulduğunu vurğulayıb: "Prezident Aurelio De Laurentisə böyük hörmətim var. O, məndən kömək istədi, mən də buraya gəldim. Amma “Napoli” azarkeşləri qələbə qazanmaq istəyirlər, onların yüksək tələbləri var. Qazanmasalar, qəzəblənirlər. Döyüşmək üçün düzgün silahlara ehtiyacım var. Əks halda bu, qətliam olacaq və mən ölmək istəmirəm. UEFA Çempionlar Liqasına vəsiqə qazandığımız üçün və Xviça Kvaratsxeliyanın PSJ-yə satılmasından klub xeyir götürüb. Prezidentlə görüşdə yeni oyunçular istəyəcəm, əks halda postumu tərk edəcəm".

Qeyd edək ki, Antonio Konte 2024-cü ilin yayından "Napoli"nin baş məşqçisidir. Neapol təmsilçisi 33 oyunda 71 xal toplayaraq turnir cədvəlində eyni xala malik "İnter"lə liderliyi bölüşdürür. Milan təmsilçisi bir matç az oynayıb.