BAKI, 28 yanvar. TELEQRAF

"Orduya yalnız müharibə kontekstində baxıldığı zamanlar haqqında təsəvvürlər artıq keçmişdə qalıb".

Teleqraf xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin sədri Alen Simonyan sosial hesabında yazıb.

O qeyd edib ki, bu gün silahlı qüvvələrin vacib missiyasını qiymətləndirərək, onu sülhün qorunmasının, dövlətçiliyin möhkəmləndirilməsinin və ictimai inkişafın əsas dayağı kimi görürük və bu dayaqları inkişaf etdirərək təhlükəsiz, ədalətli və demokratik Ermənistan qura bilərik".