BAKI, 26 dekabr. TELEQRAF
Göyçə gölünün ərazisində yerləşən keçmiş "Sevan" otelinin ərazisi on illər əvvəl Britaniya-erməni iş adamı Vaçe Manukyan tərəfindən özəlləşdirilib və o, oteli söküb, lakin ərazidə tikinti işləri aparmayıb.
Teleqraf xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Ermənistan prokurorluğu hazırda ərazinin iş adamından alınması prosesinə başlayıb. Təsisçisi Manukyan olan "Karusel Müəssisəsi" şirkətinə qarşı məhkəmədə iddia qaldırılıb. Prokurorluq təxminən 4000 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının ləğvini tələb edir.
Qeyd edək ki, Vaçe Manukyana çox yaxın olan Armen Sarkisyan Ermənistan Respublikasının prezidenti təyin edildikdə bu ərazinin inkişafına ümidlər yaransa da, ərazi diqqətdən kənarda qalıb.