BAKI, 9 dekabr. TELEQRAF

Azərbaycanla sülh bütün tərəflərə, o cümlədən Cənubi Qafqaz və Aİ-yə üstünlüklər gətirir.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Merzlə görüşü zamanı deyib.

"Almaniya Ermənistanın Aİ-dəki əsas tərəfdaşlarından biridir və biz qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıyıq", - o qeyd edib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılacağına ümid edir: "Bu da Aİ, o cümlədən Almaniya ilə əlaqələrin yaradılmasına imkan verəcək”.